2 Aprel, 2011
“Sahil” stansiyasında sərnişin eskalatordan yıxılıb

Həmin şəxsin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir

Bu gün Bakı Metropoliteninin “Sahil” stansiyasında bədbəxt hadisə baş verib. Metro əməkdaşlarının Simsar.az -a verdikləri məlumata görə, Bakı sakini İlqar Cəbiyev eskalatordan enərkən huşunu itirərək yıxılıb. Dərhal metronun eskalatoru dayandırılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilib. Həmin şəxsin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!