18 Avqust, 2014
“Gənc Heydərçilər” vətənpərvərlik düşərgəsi

Qusar rayonunda yerləşən "N" saylı hərbi hissə nəzdində təşkil olunacaq hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların, avqustun 18-də Bakı şəhərindən yolasalınması mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə, Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək düşərgəyə, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş, kimsəsiz və aztəminatlı ailələrin 10-15 yaşlı 100-ə yaxın oğlan uşağı seçilərək cəlb olunub.

"Gənc Heydərçilər" yay düşərgəsinin təşkili yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda hərbi xidmət haqda ilkin təsəvvürün yaradılması, ordu həyatının xüsusiyyətləri barədə biliklərin əldə olunmsı məqsədini daşıyır.

İstirahət dövründə uşaqlar hərbi hissədəki əsgər kazarması, yeməkxana, əsgərlərin məişət şəraiti, silah, döyüş texnikası ilə tanış olacaqlar. Onlar üçün tarixi və vətənpərvərlik ruhunda filmlər, tamaşalar nümayiş etdiriləcək, səhra çıxışı təşkil olunacaq, müxtəlif yarışlar, idman oyunları və digər tədbirlər, o cümlədən, Qusar rayonu ərazisindəki tarixi və mədəni abidələrə gəzintilər də keçiriləcək.

Düşərgə sentyabr ayının 2-dək davam edəcək.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!