18 Avqust, 2014
Azərbaycan və Gürcüstan Müdafiə nazirləri Naxçıvandadırlar

Avqustun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəliblər.

Simsar.az xəbər verir ki, günün ikinci yarısında Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın da, Naxçıvan şəhərinə gəlişi gözlənilir.

Avqustun 19-dək davam edəcək səfər zamanı, Müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!