18 Avqust, 2014
ABŞ-da “Qara Üsyan” davam edir

Xəbər verdiyimiz kimi, ABŞ Missouri əyalətində, silahsız qaradərili bir gəncin polis tərəfindən öldürülməsi səbəbindən bir həftədir davam edən “üsyan”, daha da qızışıb. Polis küçəyə çıxma qadağası elan etməyə məcbur olub. Lakin etirazçılar bu qadağaya məhəl qoymayıblar.

Gecə saat 03:00 radələrinə qədər, qadağaya məhəl qoymayıb küçələrə çıxan 200 nəfərlik gənclə polis arasında qarşıdurma olub. Polis gözyaşardıcı qaz və plastik mərmilərdən istifadə edib. Hadisələr zamanı bir nəfər ağır yaralanıb. Etirazçılar, “Ədalət yoxdursa, barış də yoxdur” şuarı səsləndiriblər. 7 nəfər polis trəfindən həps edilib.

Qeyd edək ki, ABŞ Ədalət Naziri Erik Holderin göstərişiylə, öldürülən Michael Brounun cəsədi araşdırılma üçün, federal mütəxəssislər tərəfindən yarılaracaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!