18 Avqust, 2014
16 yaşlı gəlin, 13 yaşlı bəy - VİDEO

Türkiyədə uşaqların evləndirilməsi ciddi sosial problemlərdən biridir. Qanunla təyin olunan cəzalar da, sosial bilgiləndirmələr də bu cəhalətin qarşısını ala bilmir.

Türkiyənin Bursa şəhərində 13 yaşlı C.Ç, ailəsi tərəfindən özündən 3 yaş böyük qonşu qızı N.P ilə evləndirilib.

Uşaqların toyları bütün adət-ənənələrə uyğun şəkildə keçrilib.

Bəy oynamaqdan yorulub dostlarının yanına getdi

Məhəllələrində keçrilən toyda, gəlin, bəy və hər iki ailə zurna-nağara sədaları altında qarşılıqlı rəqs ediblər. Arada oynamaqdan bezən bəy, hər halda toyun və yeni qədəm qoyduğu evlilik həyatının ciddiyyətinə varmadan, dostlarının yanına getmək istədiyini deyib. Uşaq ailəsi tərəfindən bu fikrindən güclə daşındırılıb.

Gəlin və bəyin ailəsi isə, arada olan yaş fərqinin önəmli olmadığını bildiriblər: “Biz uşaqlarımızı bir-birlərinə sadiq qalsınlar deyə evləndirdik. Kişi tərəfi başlıq pulu belə ödədi. Uşaqlarımız rəsmi nigahları isə yaşları çatanda olacaq”.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!