18 Avqust, 2014
İŞİD-dən 70 nəfərlik ölüm siyahısı

Terror təşkilatı İŞİD, ölümlə hədələdiyi 70-dən çox Suriyal müxalifətçinin siyahısını açıqlayıb.

Suriyanın şimalındakı Er-Rakka şəhərində İŞİD-in İslam Hüququ Komitəsi üzvü Ebu Ayşə el-Cezravi imzasıyla yayılan yazılı açıqlamada, “Mürtəd (dindən çıxmış), cəsus və Xilafətə qarşı olmaq”-da günahlandırılan, aralarında siyasətçi, jurnalist, keçmiş millətvəkilləri və sənətçilərin də olduğu 70-dən çoc Suriyalı muxalifətçinin siyahısını yayımladıqlarını bildirilib.

Cezravi açıqlamasında, Suriyalı müxaliflərin təşkilat əlehinə təbliğat aardığını və öldürülmələri gərəkdiyini bildirib. Açıqlamada İŞİD-ə qarşı olan bütün Suriyalıların “mürtəd olduqları” iddia edilərək, Suriyalı müxaliflərin öldürüləcəyi bildirilib.

Suriyanın İdlib, Rakka və Hələb bölgələrində görünən İŞİD, Rakka və Deyruz-Zor şəhər mərkəzlərini kontrol edir. Təşkilat, Hələb ətrafında İslami Cəbhə adlı müxalif qrupla döyüşür.

Suriya İnsani Haqqlar Müdafiə Təşkilatından verilən açıqlamada, İŞİD militanlarının kontrolundakı Deyruz-Zor ətrafındakı eş-Şuaytat, Qranic, Ebu Hammam, El-Keşkiyyə bölgələrində son iki həftədə, eş-Şuaytat qəbiləsinə mənsub əksəriyyəti mülki ən az 700 nəfərin, “təşkilata müxalif olduqları üçün mürtəd olduqları” səbəbiylə öldürüldüyü bildirilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!