18 Avqust, 2014
Müğənni Damla ortalığı qarışdıracaq - FOTOLAR- VİDEO

Simsar.Az xəbər verir ki,  "O, Mənəm" hiti ilə qhısa zamanda özünə kifayət qədər dinləyici auditoriyası toplamağa müvəffəq olmuş müğənni Damla növbəti mahnısını üzə çıxarıb.

Qədir Məmmədovun (Qızılsəs) ifasında sevilmiş "Gəlmədin" bəstəsinə Damla ikinci nəfəs verib:

"Sözləri Sabir Abdinov,  musiqisi Vüsal Qurbanov, aranjemanı Elvin Musayevə məxsus olan bu mahnının qəlbimdə öz yeri var.  Qədir müəllimə bu mahnının halallığını verdiyi üçün təşəkkür edirəm.

O, mənə söyləmişdi ki, belə bir çətin bəstəni oxumağın öhdəsindən gələ biləcəksənmi? Əgər özünə əmin deyilsənsə illərdir sevilən bu mahnıma toxunma.

Nə qədər məsuliyyətli olsa da ürəkli olub, bu addımı atdım.

Xoşbəxtlikdən mahnının ilk dinləyiciləri Qədir Qızılsəsin özü və ailə üzvləri oldu.

Ümidvaram ki, internet istifadəçiləri sözün yaxşı mənasında ortalığı qarışdıracaq bu mahnıma da layiq olduğu qiyməti verəcəklər".

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!