17 Avqust, 2014
İranda zəlzələ baş verdi

İranda zəlzələ baş verib.

Simsar.az-ın məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika institutu məlumat yayıb.

Yeraltı təkanlar Tehranda baş verib. Zəlzələ 4,3 bal gücündə olub və yerin 8 kilomert dərinliyində qeyd alınıb.

Yerli vaxtla (Tehran) saat 04:25-də baş verən təkanlar əhali arasında hiss olunub.

Qeyd edək ki, hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!