17 Avqust, 2014
Günay İbrahimlinin bu görüntüləri çox danışılacaq - FOTO - VİDEO

Simsar.Az xəbər verir ki, tanınmış estrada müğənnisi Günay İbrahimli axır ki, başıbəlalı layihəsini - "Dəlisiyəm gecənin" mahnısına çəkilmiş klipini tamaşaçılara təqdim edib.

Ötən gün rəsmi YouTube kanalında Rza Əsgərovun ekranlaşdırdığı klipi yerləşdirən müğənni tərif və tənqidlərə tuş gəlməkdədir.

Sözləri

N.A.D.O, musiqisi Pərviz Mahmudova məxsus olan klipdə Günay bəzi kadrlarda çimərlik geyimində çox cəsarətli pozalar verib.

Yarıçılpaq imicdə görünməsi bütün iradların təməlini qoydu.

Elə bu səbəbdən başıbəlalı yazdıq.

Günayın bir neçə gün öncə çəkilişdən olan fotoları instagramda paylaşmağı, dinləyiciləri əsəbləşdirdi də.

Çoxları qətiyyən onu açıq-saçıq obrazda görmək istəmirdilər...

Çox danışılacaq səhnələrdən ibarət olan ekran işini əlavə şərh vermədən oxucularımıza təqdim edirik.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!