16 Avqust, 2014
Ukrayna boru kəmərlərini icarəyə verəcək

Ukrayna ölkədəki təbii qaz boru kəmərlərini və anbarlarını Avropa və ABŞ şirkətlərinə icarəyə verəcək.

Simsar.az-ın məlumatına görə, Ukrayna hökumətinin qəbul etdiyi yeni qanuna görə, ölkədəki boru kəmərlərinin və anbarların 51 faizi dövlətin, 49 faizi isə xarici şirkətlərin sərəncamında olacaq.

Ukrayna hökuməti bu yolla ölkəyə qoyulan investisiyaların həcmini artırmağı hədəfləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!