16 Avqust, 2014
Bakıda diskotekada ölüm

Bu gecə saat 01 raədələrində Bakının Binəqədi rayonunda qətl hadisəsi törədilib.

Binəqədi rayon Prokuroru Nazim İmanovun ANS PRESS-ə verdiyi məlumata görə, Novxanı qəsəbəsi ərazisində, Sahil yaxınlığındakı diskotekaların birində bıçaqlanma olub.

Bıçaqlanan Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əlihüseynağa Gülağa oğlu Əliyev kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc dünyasını dəyişib.

Hadisənin nə səbəbdən baş verməsi araşdırılır. Cinayətin kim, yaxud kimlər tərəfindən törədilməsi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!