16 Avqust, 2014
Rus Tankları Ukraynaya girdi

Simsar.az Ukraynanın Terrorla Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, Rusiyaya aid hərbi maşınlar, tanklar qapalı olan İzvarino sərhəd qapısından Ukrayna torpaqlarına girib.

Ukrayna Terrorla Mübarizə Mərkəzindən verilən açıqlamada, Rusiyaya aid tank və hərbi maşınların, Donetsk bölgəsindəki, Rusiya meyilli silahlıların kontrolundakı sərhəd qapısı izvarinodan ölkə torpaqlarına girdiyi bildirilir. Açıqlamada deyilir ki, tank Luqansk bölgəsinə doğri irəliləyir.

Həmçinin, Rusiyanın göndərdiyi yardım maşınlarının, Ukrayna sərhədçiləri və Qızılxaç tərəfindən axtarıldığı bildirilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!