16 Avqust, 2014
Rezidenturaya qəbul olunanların qeydiyyatı yekunlaşdı

2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərin qeydiyyatı yekunlaşıb.

Simsar.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, qeydiyyat 11-15 avqust tarixlərini əhatə edib.

Qəbul olanlar Səhiyyə Nazirliyinə iş nömrəsini, şəxsiyyət vəsiqəsi və onun surətini, Ali tibb təhsili haqqında sənəd (diplom) və onun surətini təqdim etməklə qeydiyyatdan keçiblər.

Sənədlərin qəbulu ixtisaslar, tarix və saat nəzərə alınmaqla keçirilib.

 

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!