16 Avqust, 2014
Elçin Quliyevə daha böyük vəzifə verilə bilər – EKSPERT

“Yaxın zamanlarda Elçin Quliyevə indiki statusundan da böyük vəzifə verilə bilər”.

Bunu Simsar.az-a hərbi ekspert Üzeyr Cəfərov Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevə general-polkovnik rütbəsi verməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, prezidentin sərəncamı müzkirə olunmur. Elçin Quliyevə də general-polkovnik rütbəsi verilməsi prezidentin səlayiyyətindədir. O ki qaldı onun fəaliyyətinə, onu sərhəd xidmətində çalışanlar daha yaxşı bilər.

“Dövlət Sərhəd Xidməti o qədər də böyük qurum deyil. Amma burda başqa bir məqamın olmasını düşünürəm. Ola bilsin ki, Elçin Quliyevə yaxın zamanlarda bəlkə də indiki statusundan da böyük vəzifə verilsin. Bu da istisna olunmur. Ona görə də o, prezident İlham Əliyev tərəfindən general-polkovnik rütbəsi ilə mükafatlandırılıb. Bu da onu göstərir ki, Elçin Quliyev dövlət başçısının etimadını doğruldur. Mən bunu belə qiymətləndirərdim” – ekspert belə deyib.

Hüseyn İbadlı

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!