16 Avqust, 2014
BMT-dən yeni qətnamələr

BMT-nin Təhlükəsizlik Şurası İraq və Suriya ilə bağlı növbəti qətnamə qəbul edib. Qətnamə İraq və Suriyaya əcnəbi muzdlu döyüşçülərin cəlb olunması və maliyyələşdirilməsi ilə məşğul olan 6 nəfərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

Simsar.az-ın məlumatına görə, həmin şəxsləri beynəlxalq səyahətlərinə qadağa qoyulub və aktivləri dondurulub.

Böyük Britaniya tərəfindən təklif olunan qətnamə layihəsi həmçinin "Əl-Qaidə" terror qruplaşması ilə əlaqəli olan bütün qruplaşmaların dərhal silahsızlaşdırılması və dağıdılmasını tələb edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!