16 Avqust, 2014
Zakir Həsənov nazirləri Naxçıvana çağırdı

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Naxçıvanda görüşü planlaşdırılır.

Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində Naxçıvan şəhərində Müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!