16 Avqust, 2014
Brüsselin məşhur meydanı Türk xalçasına çevrildi – FOTOLAR

Brüsselin məşhur meydanı Qrand Place, 600 min beqonya çiçəyi istifadə edilərək byük bir tür xalçasına çevrilib.

Belçikaya türk işçi köçünün 50-ci ili ilə bağlı mərasimlər çərçivəsndə tarixi və turistik meydanın ortasına, 75 metr uzunluğunda və 25 metr genişliyində, 1875 kvadrat metrlik əraziyə yayılan Uşak xalısı üçün 100 nəfər bütün gün çalışıb.

Qırmızı, narıncı, çəhrayı və sarı beqonya çiçəklərindən istifadə edərək xalıya çevrilən meydan, turistlərin böyük marağına səbəb olub.

Brüssel bələdiyyəsinin sədri Yvan Mayuer Belçikada yaşayan təxminən 220 min türkə 50 il jesti olaraq planladıqları çiçək xalının, Türk mədəniyyət və sənətinin tanıdılması baxımından önəmli jest olduğunu deyib.

Çiçək xalı avqustun 17-nə kimi sərgilənəcək. Belçikanın ən önəmli meydanı Qrand Place-yə 3 gün ərzində 150 min ziyarətçi gözlənilir. Çiçək xalını 5 euro ödəyərək, meydandakı tarixi bələdiyyə binasının eyvanından da izləmək olacaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!