16 Avqust, 2014
ABŞ Sincarada yalnış yerə baxıb

İŞİD-dən qaçaraq Sincar dağına sığınan Yezidilərin vəziyyəti qeyri-müəyyən olaraq qalır. Simsar.az ötən gün xəbər vermişdi ki, ABŞ, “dağda qalanların xilası üçün geniş əməliyyata ehtiyyac yoxdur” açıqlamasını vermişdi. Buna səbəb isə Sincar dağına gedən ABŞ kəşfiyyatçılarının dağda onların hesab etdiyi qədər insanın olmamasını deməsiydi. ABŞ-ın bu açıqlamasına Yezidi millət vəkili Viyan Dahil etiraz edib. Amerikalıların dağın şimalına baxdığını iddia edən qadın vəkil, riskin cənubda olduğunu deyib.

Yezidi liderlər, öncəki gün ABŞ-dan gələn açıqlamaların əksinə, dağda hələ də 10 minlərlə insanın həyat mübarizəsi apardığını bildiriblər. ABŞ kəşfiyyatı isə, dağda blokadada qalanların əksəriyyətinin təhlükəsizlik dəhlizi vasitəsiylə xilas edildiyini açıqlamışdı.

Yezidi vəkil Dahilin təxminlərinə görə, dağın cənubunda 70-80 min Yezidi blokada şəraitində canını qurtarmağa calışır. BMT mütəxəssisləri isə 20-25 min Yezidinin potensial bir soyqrım təhlükəsiylə üz-üzə olduğunu bildirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!