15 Avqust, 2014
“Forbes” Azərbaycanı cəlbedici ölkələr siyahısına salıb

“Forbes” jurnalı Azərbaycanı və Belarusu postsovet məkanında turizm baxımından ən cəlbedici ölkələrin siyahısına daxil edib.

Simsar.az xbər verir ki, jurnal Belarusu səciyyələndirən aşağıdakı əlamətlərə diqqəti cəlb edir: təmizlik, səliqə-sahman, sakit həyat tərzi, cinayətkarlıq səviyyəsinin aşağı olması, işsizliyin olmaması, keyfiyyətli qida məhsullarının və xidmətlərin qiymətlərinin aşağı olmasıdır (xüsusilə Moskva qiymətləri ilə müqayisədə).

Jurnal Belarus ilə tanışlığı Minskdən başlamağı məsləhət görür. Brest qalasının turizm imkanları da tərifə layiqdir. Belarusdakı sanatoriyalar da diqqətdən kənarda qalmayıb. Məqalədə göstərilir ki, artıq xərc çəkmədən səhhətini yaxşılaşdırmaq arzusunda olanlar üçün Belarus əla seçimdir.

Qetd edək ki,“Forbes” jurnalının reytinq siyahısına Azərbaycan və Belarusdan əlavə Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Estoniya və bəzi başqa ölkələr də daxil edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!