15 Avqust, 2014
“Karikatura müsabiqəsi” yekunlaşıb

Müasir İncəsənət Mərkəzinin sərgi salonunda “Karikatura müsabiqəsi” layihəsinin yekun sərgisi açılıb.

Simsar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsində qalib gələn layihənin rəhbəri Roza Əliyevadır.

Mərasimdə layihə barədə məlumat verilərək bildirilib ki, məqsəd incəsənətin karikatura və rəsm sənəti sahəsində inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılmasını və onların tanıdılmasını, digər tanınmış rəssam və yaradıcı insanlarla əlaqələrinin yaradılması və möhkəmlənməsini təmin etməkdir.

Vurğulanıb ki, layihənin ilkin mərhələsində gənc karikaturaçı-rəssamlar açıq havada rəsmlər çəkiblər. Layihədə ümumilikdə 30-a yaxın rəssam iştirak edib. Layihənin ikinci hissəsi kimi bu gün həmin rəssamların kolleksiyalarından ibarət sərgi təşkil olunub. Üç gün davam edəcək sərgidə layihədə uğur qazanmış 16 rəssamın 28 əl işi nümayiş olunur.

Tədbirdə qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara isə sertifikatlar verilib.

Günel

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!