15 Avqust, 2014
Cümə namazından sonra BOMBALI HÜCUM

Suriyanın cənubundakı Dera şəhərinin ərazisində yerləşən Nimarda cümə namazından sonra bomba yüklü maşın partladılıb.

Simsar.az xəbər verir ki, Suriya Baş İnqilab Şurasının yaydığı mlumata görə ölkənin cənubunda baş verən partlayış nəticəsində 10 nəfərin öldüyü və aralarında vəziyyəti ağır olanların da olduğu 20 nəfərin yaralandığı ifadə edilib.

Suriya Yerli Koordinasiya Komitəsinin verdiyi açıqlamada ölən və yaralananların sayı dəqiqləşdirilərkən. Yaralıların bölgədəki səhra xəsəxanalarında yerləşdirildiyi bildirilib.

Hücumun kim və kimlər tərəfindən törədildiyi haqda isə hələlik heç bir məlumat verilməyib.


Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!