15 Avqust, 2014
Röya Ayxan: “AĞILLI OLUN!”

Simsar.az xəbər verir ki, məşhur müğənni Röya Ayxan ona xoşagəlməz sözlər yazan insanlara son xəbərdarlığını İnstaqram vasitəsi ilə edib. Sənətçi onu təhqir edən bir qızın yazdıqlarını sosial şəbəkədə paylaşaraq sərt münasibət bildirib:

“Mən hamınızdan çox üzr istəyib bunu paylaşıram. Dünən gecə bu qız məni təhqir etdi, bu gün onu tapdım. Heç məni tanımayan və layiq olmayan biri idi çünki. Mən kiməsə söz desəm, o sözün arxasında durardım! Bu gündən səhifəmə girib təhqir edənlərə üzümü tutub deyirəm: “AĞILLI OLUN!” Bağışladım bu qızı, çünki mənim də günahımı bağışlayan Allahım var, onun quluyam”.

Qeyd edək ki, Röyaya qarşı xoşagəlməz sözlər bildirən qız daha sonra ondan üzr istəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!