14 Avqust, 2014
ABŞ-da “Qara üsyan” böyüyür – VİDEO

ABŞ-ın Missuri əyalətinin St.Louis şəhərində həftə sonu polisin qaradərili gənci öldürməsindən sonra, başlayan etiraz aksiyaları böyüyür.

Məlumat verdiyimiz kimi, St.Louisdə əsasən qaradərililərin yaşadığı məhlədə, 18 yaşlı Michael Broun adlı gəncin polis tərəfindən atəş açılaraq öldürülməsindən sonra, bölgədə ciddi gərginlik yaranıb.

Küçələrə çıxan etirazçılar polis maşınlarına molotov kokteyli və müxtəlif maddələr atıblar. Xalqı evlərinə girməyə səsləyən polis, toplaşanları dağıtmaq üçün, tüstü və gözyaşardıcı bombadan istifadə ediblər. Hadisələrdə iki jurnalistin də həps edildiyi bildirilir.

Tanınmış müğənni Rihanna da, “Ədalət budurmu?” deyərək, baş verənlərə etirazını bildirib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!