14 Avqust, 2014
Türkiyə ABŞ-dan raket alır

Deyəsən bölgə ölkələrindəki siyasi böhran Türkiyəni, müdafiə gücünü artırmağa məcbur edir.

Simsar.az xəbər verir ki, Türkiyə ABŞ-dan 320 milyon dollarlıq raket alır. Hava qüvvələri üçün alınan çox sayda müasir AMRAAM raketləri, F-35 və F-16 qırıcılarında istifadə ediləcək.

Məlumat üçün bildirək ki, daha öncə Türkiyə ABŞ-dan havadan havaya orta mənzilli raket istəmişdi. Artıq ABŞ Xarici İşlər Nazirliyi isə silah satışına razılıq verib.

ABŞ tərəfindən verilən açıqlamada, “Türkiyə bölgədə sülh və inkişafın təmin olunmasında Amerikanın ortağıdır. Güclü bir müdafiə gücünə malik olması üçün NATO müttəfiqimiz Türkiyəyə yardım edilməsi, Amerikanın beynəlxalq mənafeyi baxımından həyati önəm daşıyır, bu satış bu məqsədlə həyata keçrilir", dəyə bildirilib.

Qeyd edək ki, satışı Raytheon şirkəti həyata keçirəcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!