14 Avqust, 2014
Dövlət Komissiyasında Gürcüstanda tutulan 3 ton narkotik müzakirə olundu

Bu gün baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun yanında Dövlət Komissiyasına üzv olan aidiyyəti orqanların məsul şəxslərinin iştirakı ilə qapalı iclas keçirilib.

Komissiyadan Simsar.az-a verilən məlumata görə, iclasda cari ilin iyul ayının 11-də Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə olan ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib, araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, məsələ Azərbaycan prezidentinin gündəlik nəzarətindədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!