14 Avqust, 2014
Selin Dion səhnəni tərk edir

Məşhur müğənni Selin Dion ailəsi üçün mühüm bir qəra aldı və səhnələri tərk edəcəyini söylədi.

Simsar.az xəbər verir ki, kanadalı superstar Selin Dion, bütün səhnə və sənət fəaliyyətinə son verəcəyini açıqlayıb. Selin Dion xərçəngdən müalicə olan həyat yoldaşı Rene Anjeliyə və uşaqlarına daha çox vaxt ayırmaq istədiyini deyib. Məşhur müğənni sənət faliyyətinə bəlli olmayan bir zamana qədər ara verəcəyini diqqətə çatdırıb. Selin Dionun da səhhətində problemlər yaşandığı məlum olub. Boyun əzələlərində iltihablanma getdiyi öyrənilən müğənni, pərəstişkarlarından üzr istəyərək bütün konsertlərini ləğv edib.

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!