14 Avqust, 2014
Əməkdar artist Türkiyədə konsertə hazırlaşır

Əməkdar artist Lalə Məmmədova  Türkiyədə solo konsert verəcək.

Bu barədə Simsar.az-a məlumat verən əməkdar artist bildirib ki, konsert İstanbuldan bir neçə kilometr aralıda yerləşən Kocaeli-Darlıcada, açıq səma altında baş tutacaq. Konsertdə canlı orkestrlə ifa edəcəyini deyən əməkdar artist konsert repertuarında 10 Azərbaycan, 2 türk mahnısı olduğunu bildirib.Avqustun 18-də baş tutacaq konsert bəstəkar Aygün Səmədzadənin, Faiq Sücəddinovun bəstələri ilə başlayıb,  Novruz Aslanın “Azərbaycan-Türkiyə” mahnısı ilə tamamlanacaq.

Günel

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!