14 Avqust, 2014
Kanales rəsmən “Neftçi”də!

Bakının “Neftçi” klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib


Simsar.az xəbər verir ki, paytaxt təmsilçisi çilili hücumçu Nikolas Kanaleslə müqavilə bağlayıb.

Bir neçə gün əvvəl Bakıya gələn cənubi amerikalı ilə 1+1 il müddətinə anlaşıb. O, 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2012/13 mövsümündə də “Neftçi” forması geyinib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!