14 Avqust, 2014
Müəllim öz şagirdini zorladı - AZƏRBAYCANDA

Azərbaycanda müəllim orta məktəb şagirdini zorlamaqda ittiham olur.

APA-nın məlumatına görə, hadisə Ağstafa rayonu, Dağ Kəsəmənli kəndinə qeydə alınıb. Kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyən Rüstəm Ruslan oğlu Korovun 9-cu sinif şagirdi olan qıza (S.H.) qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət daxil olub.

Daxil olan məlumat əsasında polis araşdırmalar başlayıb. Araşdırmalar zamanı hadisəni törədən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib.

Ağstafa rayon polis şöbəsinin müstəntiqi Amil Tağıyev açıqlamasında R. Korovun Rusiyaya keçmək istəyərkən sərhəddə tutulduğunu bildirib: “Biz zərərçəkən tərəfin ifadəsini almışıq. Hadisədə adı hallanan Rüstəm Korov isə Azərbaycanda qaçmaq istəyərkən tutulub və yaxın saatlarda polis şöbəsinə gətiriləcək. Onun da ifadəsi alındıqdan və üzləşmə keçirildikdən sonra hadisəyə hüquqi qiymət veriləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!