13 Avqust, 2014
"Müdafiə naziri" yaralandı

“Donetsk Xalq Respublikası”nın müdafiə naziri İqor Girkin-Strelkovun ağır yaralandığı haqda məlumat yayılıb.

Simsar.az-ın məlumatına görə, bu haqda rusiyameyilli separatçıların rəsmi nəşri olan “Novorossiya” informasiya agentliyi məlumat yayıb.

“İqor Strelkov ağır yaralanıb. Bu barədə Novorossiya rəhbərliyindəki mənbə bildirib. "Donetsk Xalq Respublikası"nın müdafiə nazirinin vəziyyəti hazırda ağırdır. Məlumat dəqiqləşdirilir”, - deyə məlumatda bildirilir.

Bir müddətdən sonra Strelkovun yaxın dostu Oleq Çarev bu məlumatı təkzib edib.

“İqor Strelkovun ağır yaralandığı haqda xəbər yazıblar .Bu yalandır”- deyə o, öz Facebook səhifəsində yazıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!