2 Aprel, 2011
Neftçilərin maaşları artırıldı

Artım aprelin birindən hesablanır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan işçilərin aylıq əmək haqları artırılıb. APA-nın məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, ARDNŞ-də çalışan işçilərin aylıq əmək haqları aprelin 1-dən etibarən artırılıb: “Maaşlar minimum 5%, bəzi sahələrdə isə 15% artırılıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!