13 Avqust, 2014
“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılır

Futbolsevərlər sabahdan kassalara müraciət edə bilərlər

Simsar.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Tvente” oyununun  biletləri sabahdan Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq.

Xatırladaq ki, görüş avqustun 21-i, saat 21:00-da start götürəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!