2 Aprel, 2011
Liviyada nazir arvadı həbs olundu

Liviyanın bu günlərdə Londona qaçaraq orada siyasi sığınacaq istəmiş xarici işlər naziri Musa Kusanın həyat yoldaşı həbs edilib

Simsar.az «Vzqlyad»a istinadən verdiyi məlumata görə, Müəmmar Qəzzafinin daxili təhlükəsizlik xidmətinin əməkdaşları sabiq nazirin xanımını dindirir.
Hesab olunurdu ki, Kusanın ailəsi də özü ilə birgə Britaniyaya gedib. Amma sonradan bunun belə olmadığı üzə çıxıb. Onun xanımı Tripolidə həbs edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!