13 Avqust, 2014
“Neftçi”nin rəqibi oyunçusunu itirdi

Voislav Stankoviç komandanı tərk edib

Simsar.az xəbər verir ki, “Partizan” klubu Avropa Liqasının pley-off oyunu öncəsi ciddi itki ilə üzləşib. Belə ki, Belqrad klubunun 26 yaşlı futbolçusu Voislav Stankoviç komandadan gedib. O, karyerasını İtaliyanın “Latsio” klubunda davam etdirəcək.

Qeyd edək ki, “Partizan” “Neftçi” ilə avqustun 21-də ilk oyununa çıxacaq. Tərəflər 1 həftə sonra cavab matçında üz-üzə gələcəklər.

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!