13 Avqust, 2014
Mətbuat liderlərindən aktyora İTTİHAM

Aktyor Eşton Kutçer müəllif hüquqlarını pozmaqda günahlandırılır. Məşhur aktyorun yaradıcısı olduğu internet xəbər saytı “A+” da yayımlanan xəbərlərin oğurluq olduğu bildirilir.

Simsar.az xəbər verir ki, redaktorların və Kutçerin böyük nüfuza sahib

“Huffington Post”, “BuzzFeed” ve “The Daily Dot” kimi xəbər saytlarındakı xəbərləri istinad etmədən öz saytında yayımlayıb.

Kutçer haqqında ağır ittiham irəli sürən haqq sahiblərinin hüquqi işlər başladacaqlarını söyləmədikləriylə bərabər, “A+” redaktorları, mənbə göstərmədən saytlarda yayımladıqları xəbərləri dərhal saytdan götürdüklərini bildiriblər.

Modellikdən televiziyaya, ordan da kinoya keçən Eşton Kutçer “Kəpənəyin effekti” filmi ilə şöhrət qazanıb. Ən son “Jobs” filmində baş rol oynayıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!