13 Avqust, 2014
Türkiyədə turistləri daşıyan avtobus aşıb

Simsar.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi ölkənin cənubunda baş verib. İstanbuldan Hataya gedən avtobusun aşması nəticəsində səkkiz insan həlak olub və 30-dan çox insan yaralanıb.

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə Aksaray şəhərindən 20 kilometr məsafədə baş verib. Zərər çəkənlərdən bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerinə təcili yardım və polisin maşını cəlb olunub. Yaralıları ən yaxın xəstəxanalara yerləşdiriblər.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!