12 Avqust, 2014
İtaliya millisinin baş məşqçisi məlum oldu

Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın ən güclü rəqibi olan İtaliya millisinin baş məşqçisi məlum olub.

Simsar.az-ın məlumatına görə, Karlo Tavekkyo İtaliya Futbol Federasiyasının prezidenti seçilən kimi Antonio Konteni baş məşqçiliyə dəvət edib. “Yuventus”un keçmiş baş məşqçisi artıq “Skuadra Adzurra”ya başçılıq etməyə razılıq verib.

Bundan əvvəl Konte həmin vəzifədən imtina etmişdi, lakin Karlo Tavekkyo prezident olunca hər şey dəyişdi.

Yaxın vaxtlarda tərəflər 2016-cı ilədək müqavilə imzalayacaqlar. Xəbər verilir ki, Konte təkcə əsas komandanın deyil, həm də bütün yaş qruplarından olan yığmaların fəaliyyətini əlaqələndirəcəkdir.

Xatırladaq ki, İtaliya yığması komandanın qrupdan çıxa bilmədiyi 2014-cü ilin Dünya Çempionatından sonra Çezare Prandellinin istefa verməsi ilə baş məşqçisiz qaldı.

Avropa Çempionatı üçün seçmə turnirdə “Skudra Adzurra” Malta, Azərbaycan, Bolqarıstan, Norveç və Xorvatiya ilə oynayacaqdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!