12 Avqust, 2014
Marqvelaşvili Ərdoğanı təbrik etdi

Türkiyədə prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu gün telefon danışığında ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşməsinin tərəfdarı olduqlarını bildiriblər.

G.Marqvelaşvili seçkilərdə qələbə qazanması münasibətilə Ərdoğanı təbrik edib.

Söhbət zamanı Gürcüstan, Türkiyə və Azərbaycanın birgə layihələrinə diqqət ayrılıb. Tərəflər mövcud formatda əməkdaşlığın davam etdirilməsinin və bu əlaqələrin gələcək inkişafının tərəfdarı olduqlarını ifadə ediblər.

Bundan başqa, NATO-nun Uelsdə keçiriləcək sammiti mövzusuna da toxunulub. Marqvelaşvili Gürcüstanın alyansa inteqrasiyası yolunda Türkiyənin göstərdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!