12 Avqust, 2014
Qartal “Fənərbaxça”da

"Fənərbaxça" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib

Simsar.az xəbər verir ki, Ərsun Yanalın istefasından sonra boş qalmış baş məşqçi vəzifəsinə İsmayıl Qartal gətirilib. Klub saytına açıqlamasında ona etimad göstərdiyi üçün prezident Ərsun Yanala təşəkkürünü bildirən mütəxəssis “Fənərbaxça”ya kömək etmək üçün əlindən gələni edəcəyini bildirib: “Bundan əvvəl 7 klubda çalışmışam. Bu vəzifəyə gəlib çıxmaq üçün çox iş görmüşəm. Klub prezidentinə mənə etimad göstərdiyi üçün təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, İsmail Qartal son 4 ildə “Fənərbaxça”da köməkçi məşqçi vəzifəsini icra edirdi.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!