12 Avqust, 2014
Məşhur futbolçu 5 il daha “Mançester Siti”də

David Silva klubu ilə müqaviləsini yeniləyib

Simsar.az xəbər verir ki, yeni razılaşmaya əsasən ispaniyalı futbolçu 2019-cu ilədək “Manşester Siti”nin şərəfini qoruyacaq. Yeni müqaviləyə qol çəkdikdən sonra klubun rəsmi veb səhifəsinə danışan Silva 4 ildir “Siti” forması geydiyini xatırladıb: “Artıq 4 ildir, buradayam. İstər meydanda, istər kənarda özümü bu komandada xoşbəxt hiss edirəm. Bura mənim ikinci evimdir. Belə fantastik komanda ilə çempionluq yaşamağa davam etməyimə heç nə mane olmur”.

Qeyd edək ki, David Silva 2010-cu ildə 24 milyon funt-sterlin müqabilində “Valensiya”dan “Mançester Siti”yə keçmişdi.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!