12 Avqust, 2014
“Simurq”dan daha iki transfer

"Simurq" Peşəkar İdman Klubu daha iki futbolçunun transferini rəsmiləşdirib

Simsar.az klub saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisi gənc futbolçular Vadim Abdullayev və Vüqar Mustafayevlə 3 illik müqavilə imzalayıb.

Vadim Zaqatala təmsilçisinin heyətində "5", Vüqar isə "14" nömrəli forma geyinəcək.

Qeyd edək ki, hər iki yarımmüdafiəçi ötən mövsüm "Bakı" klubunda çıxış edib. Vadim Abdullayev Premyer Liqada 19, Vüqar Mustafayev isə 16 qarşılaşmada meydana çıxıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!