12 Avqust, 2014
Almanyada Türk məscidi alovlandı

Almanyanın paytaxtı Berlində türklərin sıx yaşadığı Kreuzberq səmtində yerləşən Mövlana məscidində yanğın baş verib. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın məscidin arxa hissəsində davam edən inşaatdakı bəzi materialların hələ məlum olmayan səbəblərdən alovlanması nəticəsində yaranıb.  Məscid yanğınsöndürənlərin müdaxiləsi nəticəsində söndürülüb.

Mövlana Məscidi Dərnəyinin sədri Həsən Aydın verdiyi açıqlamada, məsciddə yanğın baş verdiyini ona telefon vasiəsiylə xəbər verildiyini bildirib. Hadisə yernə gəldiyi zaman polisin əvvəlcə ona məlumat vermədiyini deyən Aydın, yanğının məscidin təzə tikilən hissəsində baş verdiyini, ancaq hadisə yerinə yaxınlaşdırılmadığına görə yanğının vurduğu ziyan haqqında bir məlumatı olmadığını bildirib.


Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!