2 Aprel, 2011
Fəvvarələr Meydanı polisin ciddi nəzarətində

Mitinqin qarşısn almaq üçün tədbirlər görülür

Müxalifət partiyalarının bir araya gəldiyi İctimai Palatanın bu gün gözlənilən mitinqinə qarşı polislər hazırlıq vəziyyətinə gətirilib. 
Aksiyanın Fəvvarələr Meydanında razılaşdırılmamış şəkildə həyata keçməsinə imkan vermək fikrində olmayan Bakı polisləri həmin ərazidə çoxluq təşkil edir.
Simsar.az saytının əməkdaşı hadisə yerindən xəbər verir ki, meydanın giriş-çıxışlarına polis postları qoyulub. 
Əsas fəallıq Çevik Polis Alayının əməkdaşları tərəfindən həyata keçirilir.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!