11 Avqust, 2014
Bakı və Ağcabədidə maşın yandı

Bakı və Ağcabədidə maşın yanıb.

Simsar.az-ın məlumatına görə, ilk yanğın hadisəsi Bakı şəhərinin Nizami rayonunda vətəndaşa məxsus qarajın içərisində baş verib.

Belə ki, vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qaraj yanğından mühafizə olunub.

İkinci yanğın Ağcabədi rayonunda olub. Taxtakörpü ərazisində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!