11 Avqust, 2014
Putin Barrozu ilə danışdı

Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının başçısı Joze Manuel Barrozu ilə telefonla danışıb.

Simsar.az-ın məlumatına görə, bu haqda informasiyanı Rusiya prezidentinin rəsmi saytı yayıb.

Xəbərdə deyilir ki, telefon danışığında rəsmilər Avropa Birliyi ilə Rusiyanın əməkdaşlığını müzakirə ediblər.

Tərəflər həmçinin Ukrayna ilə Avropa Birliyi arasında imzalanan assosiasiya sazişi və Rusiyaya qarşı qərbin tətbiq etdiyi sanksiyalar haqda da danışıblar.

Putin qeyd edib ki, rəsmi Moskva Qızıl Xaç cəmiyyətinin xəttilə Ukraynaya humanitar yardım göndərir.

Qeyd edək ki, Barrozu bu telefon danışığından öncə Ukrayna prezidenti Petro Poroşenko ilə də əlaqə saxlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!