11 Avqust, 2014
İraqın yeni baş naziri bəlli oldu

İraqda yeni hökuməti parlament sədrinin müavini Heydər əl-Abadi quracaq. Simsar.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Şiə Milli İttifaqının namizədi Heydər əl-Abadini ölkə prezidenti Fuad Masum baş nazir postuna təyin edib.

Bu arada paytaxt Bağdadda keçmiş baş nazir Nuri əl-Malikinin tərəfdarları etiraz aksiyası keçirirlər. Etirazçılar Nuri əl-Malikinin üçüncü dəfə baş nazir olmasını tələb edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!