11 Avqust, 2014
Kloze “Bundestim”lə vidalaşdı

Futbolçu milli komandadakı karyerasına son qoyub

Simsar.az xəbər verir ki, o, bu  bardə Almaniya Futbol Federasiyasının saytına açıqlamasında bildirib. “Milli komandadan ayrılmaq üçün bundan yaxşı vaxt ola bilməzdi”, - deyən Miroslav, “Almaniya millisində çıxış etdiyim üçün qürur duyuram. Ən böyük nailiyyətlərimi milli forma ilə əldə etmişəm”, - deyə fikrini tamalayıb.

Qeyd edək ki, Miroslav Kloze Bundestimin heyətində 137 oyuna 71 qol vurub. O, həm də 16 qolla Dünya Çempionatları tarixinin ən məhsuldar oyunçusudur.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!