11 Avqust, 2014
Abdullah Gül: “Partiyama dönəcəm” - YENİLƏNİB

Simsar.az xəbər verir ki, Türkiyə prezidenti Abdullah Gül qərarını verib. O bildirb ki, prezidentlik müddətim bitən zaman şübhəsiz ki, partiyama dönəcəyəm.  Partiyama dönməyim mənim üçün təbii olan şeydir: “İnanıram ki, Türkiyə çox güclü bir şəkildə yoluna davam edəcək”.

***  17:44

O həmçinin bildirib ki, bu partiyanın qurucusuyam. İlk baş naziri və prezidentiyəm: “Mənim siyasi mücadiləm ortada. Üstünlükləri, əksikləri ilə 7 il keçib və bu 7 ildə çox şey oldu. Mən keçmişlə yaşamıram, gələcəyə baxıram”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!