11 Avqust, 2014
İbrahimoviç “Yuventus”a qayıdacaqmı?

Futbolçu son günlər onun haqqında danışılanlara aydınlıq gətirib


Simsar.az xəbər verir ki, “Zlatan Unplugged” adlı xüsusi tətbiqetməsində bu barədə yazan Zlatan İbrahimoviç “Yuventus”a qayıdacağı ilə bağlı xəbərlərin yalan olduğunu bildirib: “Bu haqda deyilənlər həqiqəti əks etdirmir. Stefan Hansson adlı birisini də tanımıram. Bu mövzuda heç kimlə danışmamışam. PSJ ilə 2016-cı ilədək müqaviləm var”.

Xatırladaq ki, Stefan Hansson adlı bir nəfər bir neçə gün əvvəl “Tuttosport” qəzetinə açıqlamasında Zlatanın “Malmö”də məşqçisi olduğunu, onunla danışdığını və futbolçunun tezliklə “Yuventus”a qayıdacağını bildirmişdi.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!