11 Avqust, 2014
Tanınmış azərbaycanlı teleaparıcı ANS - dən getdi - ÖZƏL

Simsar.Az xəbər verir ki,  ANS TV - nin efirində "Əslində mən" müəllif layihəsi ilə tamaşaçıların görüşünə gələn tanınmış teleaparıcı Zabir Əliyev sözügedən kanalla əməkdaşlığına son qoyub.

Əldə etdiyimiz bu xəbəri təsdiqləməsi üçün Zabirlə əlaqə saxladıq və o, xəbərin doğru olduğunu təsdiqlədi.

Səbəb açıqlamayan teleaparıcı bildirdi ki, yeni televiziya mövsümündə aldığı təkliflərdən birini dəyərləndirib yenidən kameralar qarşısına keçəcək.

Şahin Cavadsoy

Simsar.Az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!